Azərbaycanda yeni suvarma kanallarının tikintisinə başlanılır


Digərləri 19 May 2018 11:46:00 243 0

Azərbaycanda yeni suvarma kanallarının tikintisinə başlanılır

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC ölkə prezidentinin 22 yanvar 2018-ci il tarixli sərəncamının icrası ilə əlaqədar "Araz çayının yeni qolundan suyun yeni suvarılacaq torpaq sahələrinə verilməsi üçün paylayıcı kanalların tikintisi" (I mərhələ üzrə) məqsədilə açıq tender elan edib.

Son.az report-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 28-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə iyulun 9-na qədər Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 69a ünvanında yerləşən tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Rəfail Məmmədovdur (tel: (012) 431-08-64, faks: (012) 430-79-57.