MoskvaHəştərxan təyyarəsi geri qayıtdı


Dünya 19 May 2018 11:19:00 233 0

MoskvaHəştərxan təyyarəsi geri qayıtdı

Rusiyanın "Pobeda" aviaşirkətinə məxsus, Moskva-Həştərxan reysini həyata keçirən təyyarə təcili surətdə geri qayıtmalı olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb "Boeing" təyyarəsinin mühərriklərindən birinin sıradan çıxması olub.

Qeyd olunur ki, təyyarə geri qayıdarkən Volqoqrad vilayəti üzərində olub. Təyyarə qısa müddət sonra Vnukovo hava limanında uğurlu eniş edib. Hadisə ilə bağlı xəsarət alan olmayıb.