İki rayona yeni polis rəisi təyin edildi


Digərləri 19 May 2018 10:29:00 219 0

İki rayona yeni polis rəisi təyin edildi

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abşeron Rayon Polis Şöbəsinin rəis müavini polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xızı Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov isə Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.