Superliqada çempion müəyyənləşir


İdman 19 May 2018 10:24:00 280 0

Superliqada çempion müəyyənləşir

Bu gün Türkiyə Superliqasında 2017-18 mövsümünə yekun vurulacaq.

Goal.az xəbər verir ki, şənbə günü keçirilən 4 görüşlə ilk “dördlük”də qərarlaşan komandalardan kimlərin Çempionlar Liqasına, kimlərin Avropa Liqasına vəsiqə qazanacağına aydınlıq gələcək.

Lider Galatasaray çempionluğu bayram etmək üçün Göztepe səfərindən ən azı 1 xalla dönməlidir.

“Cim-bom”un büdrəyəcəyinə ümid edən Başakşehir Fenerbahçe rəqiblərini evdə qəbul edəcək. 

Çempionluqdən əli üzülən Beşiktaş-ın Çempionlar Liqasına yollanmaq şansı da çox azdır. Bu möcüzənin baş verməsi üçün “ağ-qaralar” Sivasspor-u əliboş yola salmalı, üstəlik, Başakşehir-lə Fenerbahçe büdrəməlidir.

 

 

Türkiyə. Superliqa XXXIV tur

19 may

20:00. Besiktas - Sivasspor 

20:00. Fenerbahce - Konyaspor

20:00. Goztepe - Galatasaray 

20:00. Istanbul Basaksehir