Axtarışda olan 48 nəfər saxlanıldı


Digərləri 19 May 2018 09:57:00 209 0

Axtarışda olan 48 nəfər saxlanıldı

Respublika Daxili İşlər Nazirliyi (DİN) ötən gün üzrə daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Son.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 31-i "isti izlər"lə açılıb.

Bundan başqa, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.