Bakıda nasaz avtomobil qəzaya səbəb olub,


Digərləri 19 May 2018 08:12:00 239 0

Bakıda nasaz avtomobil qəzaya səbəb olub,

İki avtomobilin arasında qalan 2 nəfərin ayağı sınıb

Bakı Kənar Dairəvi yolunda avtoqəza zamanı 3 nəfər ağır xəsarət alıb.

Son.az report.az-a istinadən bildirir ki, hadisə Yasamal rayonunda baş verib.

Bakı Dairəvi yolunun kənar hissəsində 90-EV-224 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin elektrik cərəyan mənbəyi - akkumulyatoru xarab olub. Sürücü yoldan keçən 10-ZO-325 dövlət qeydiyyat nömrəli "Mercedes" markalı avtomobilin sahibindən kömək istəyib. Avtomaşınlar üz-üzə saxlanılaraq, sürücü və sərnişinin köməkliyi ilə akkumulyatordan cərəyan ötürmək istəyərkən arxadan sürətlə gələn digər "Mercedes" markalı avtomobil eynimarkalı maşına çırpılıb. Nəticədə iki avtomobilin arasında qalan 1996-cı il təvəllüdlü Məmmədov Əşrəf Vidadi oğlu, 1980-ci il təvəllüdlü Məmmədov Elçin Qulamhüseyn oğlu və 1983-cü il təvəllüdlü Abbasov Asif Vaqif oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Həkimlərin verdiyi məlumata görə, Ə.Məmmədov və E.Məmmədov ayaqlarından sınıq xəsarətləri alıb. Yaralılardan hər ikisinin vəziyyəti ağırdır.


Xəbərə aid fotolar