Bakıda mənzildə qadın meyiti tapılıb


Digərləri 19 May 2018 02:30:00 226 0

Bakıda mənzildə qadın meyiti tapılıb

Bakıda mənzildə 72 yaşlı qadının meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1946-cı il təvəllüdlü Abdullayeva Fatma Ələkbər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.