Məşhur gitaraçı: Bakıda dinləyiciləri maraqlı çıxışlarımızla sevindirə biləcəyik (MÜSAHİBƏ)


Digərləri 19 May 2018 00:54:55 310 0

Məşhur gitaraçı: Bakıda dinləyiciləri maraqlı çıxışlarımızla sevindirə biləcəyik (MÜSAHİBƏ)

Beynəlxalq Muğam Mərkəzində yeni caz layihəsi Baku Summer Jazz Days təqdim olunacaq.

Bakı. Beynəlxalq Muğam Mərkəzində 4-8 iyun tarixində Premier Art Management prodüser agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil olunan yeni caz layihəsi Baku Summer Jazz Days təqdim olunacaq. Baku Summer Jazz Days proqramına fərqli caz üslublarda ifa edən müxtəlif ölkələrin musiqiçilərinin iştirakı ilə beş konsert daxildir. Bakının Yay Caz günləririn açılışının ərəfəsində oxuyucuları festivalın iştirakçıları ilə tanış edən maraqlı məlumatlar təqdim olunacaq. Bugün sizlərə artıq Bakının dinləyicilərinə keçmiş ilin konsertindən yadda qalan türk qonaqlarımızdan bəhs edəcəyik. Focan & Bıyıkoğlu Organic Expeditions layihəsi – atəşli konsert, hansında həm müəllif bəstələr, həm caz ustadlarının ölməz hitləri ifa olunacaq. Festivalın təşkilatçısı Premier Art management məşhur gitaraçı, layihə rəhbəri Önder Focana suallar ilə müraciət edib. - Bu sizin Bakıya ilk gəlişiniz deyil. Keçən yay, bizim dəvətimizlə siz paytaxtımızda çox maraqlı bir layihə təqdim etmişdiniz. - İlk öncə bizi yenidən dəvət etdiyiniz üçün çox minnətdaram. Bəli, keçən ilin Funkbook layihəsi çox enerji ilə dolu bir layihədir və Bakının dinləyicilərindən də biz həmçinin belə də cavab reaksiyası gözləyirdik və gözləntilərimiz tamamilə doğruldu. Ümidvaram ki, bu ildə də həmçinin dinləyiciləri maraqlı çıxışlarımızla sevindirə biləcəyik. - Focan & Bıyıkoğlu Organic Expeditions layihəsi necə əmələ gəldi? -Mən bir caz gitaristi kimi organ Hammond ifaçıları ilə işləməyi çox sevirəm. Onlarla birlikdə çox çalışıb, albomlar yazmışıq. Kaan Bıyıkoğlu Türkiyənin ən güclü pianoçularından biridir. Biz birlikdə tez tez müxtəlif qruplarda ifa edirik. O da həmçinin organda ifa etdiyini, Hollandiyada təhsil aldığını deyəndə, biz onunla və barabançı Ekin Cengizkan ilə birlikdə trio yaratdıq. Belə bir formatda biz müxtəlif bəstələrdən olan repertuarı ifa etməyə başladıq. Daha sonra bizə tenor saksofonçu qatıldı Anıl Şallıel və belə bir layihə əmələ gəldi, hansını ki biz böyük məmnuniyyətlə Bakıda təqdim edəcəyik. -Siz çoxsaylı məşhur ifaçılarla bir səhnədə çıxış etmisiniz. Hansı görüş sizin üçün ən yaddaqalan olub və niyə? -Bu düzdür, mən çox istedadlı musiqiçilərlə bir səhnəni bölüşmüşəm. Cem-seyşnları saymasaq, mən Ted Curson, Scott Hamilton, Slide Hampton, Joe La Barbera kimi nəhəng musiqiçilərlə ifa edib albomlar yazmışam. Hər birinin yeri ayrıdır. Unudulmaz birgə çıxışlarımız həmçinin Al Foster, Bill Watrous, Benny Golson, Roberta Gambarini ilə olub.