"Nə Hadisə, hansı Hadisə, nə "plyaj", hansı "plyaj"?!"


Digərləri 18 May 2018 23:57:00 336 0

"Nə Hadisə, hansı Hadisə, nə "plyaj", hansı "plyaj"?!"

Milli Məclisin sabiq deputatı, sabiq Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov qardaşıoğlu Anar Məmmədovun Türkiyənin Bodrum şəhərində müğənni Hadisəyə mülk bağışlaması xəbərinə münasibət bildirib.

Son.az azxəbər.com-a istinadən bildirir ki, sabiq millət vəkili bunu uydurma adlandırıb:   "Ziya Məmmədovun, mənim, onun və mənim övladlarımın haqqında olmazın şaiyələr uydurur, ağızlarına gələni yazırlar. Bunlar hamısı yalandır, şərdir, böhtandır, məqsədli şəkildə təşkil olunan qara-piardır. Nə Hadisə, hansı Hadisə, nə "plyaj", hansı "plyaj"?!"

Qeyd edək ki,  bir mddət əvvəl yayılmış məlumata əsasən, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun məşhur türkiyəli müğənni Hadisə üçün aldığı "La Plaj" dağıdılıb. 


Xəbərə aid fotolar