Britaniya "Skripal işi"nə görə KSQTnin sessiyasını çağıracaq


Dünya 18 May 2018 23:30:00 295 0

Britaniya "Skripal işi"nə görə KSQTnin sessiyasını çağıracaq

Britaniya "Skripal işi"nə və Suriyada kimyəvi silahdan istifadəyə görə Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) sessiyasını çağıracaq.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə ölkənin xarici işlər naziri Boris Conson bildirib.

O, qeyd edib ki, London iyunda təşkilatın üzvü olan ölkələrin xüsusi sessiyasını keçirməyi təklif edib. Nazirin sözlərinə görə, buna səbəb Şərqi Qutada kimyəvi silahdan istifadə edən Suriya hakimiyyətinin amansızlığı və Solsberidə casus Sergey Skripalın zəhərlənməsi cəhdidir.