Azərbaycan neftinin bir bareli 81 dolları ötüb


Digərləri 18 May 2018 23:30:00 308 0

Azərbaycan neftinin bir bareli 81 dolları ötüb

Azərbaycan neftinin bir bareli 81 dolları ötüb.

Bakı. Maksim Tsurkov - CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 81,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 2,21 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 17-də 80,33 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,16 dollar/barel çoxdur.