Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək? VİDEO


Digərləri 18 May 2018 22:31:00 233 0

Avtobuslarda kondisioner nə vaxtdan işləyəcək?  VİDEO

Havaların anidən istiləşməsi paytaxt sakinlərinə ictimai nəqliyyatdan istifadədə çətinlik yaşadıb. Isti hava və sərnişin sıxlığı avtobusda sözün əsl mənasında nəfəs almağı belə çətinləşdirib.

Son.az bildirir ki, Sərnişinlərin sözlərinə görə, bəzi avtobuslarda kondisioner var. Sərnişinlər sürücülərdən kondisionerləri qoşmağı tələb etsələr də onların bu istəyi nəticəsiz qalır.

Çəkiliş zamanı məlum oldu ki, kondisionerli olan cəmi bir neçə avtobus havaların isinməsi ilə əlaqədər yay rejiminə keçib.

Mütəmadi olaraq avtobuslardan istifadə edən sərnişinlər bütün avtobuslarda kondisionerlərin olmasını istəyirlər.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, agentliyə də məlum məsələ ilə bağlı çox sayda şikayətlər daxil olub. Bunu nəzərə alan Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə rəsmi xəbərdarlıq edib.