Qanda narkotik maddə 2 dəqiqəyə təsbit ediləcək YENİLİK


Digərləri 18 May 2018 21:45:00 273 0

Qanda narkotik maddə 2 dəqiqəyə təsbit ediləcək  YENİLİK

İnsan orqanizmində qanın tərkibində olan narkotik vasitələri müəyyən edən xüsusi nanoçiplər hazırlanıb.

Son.az xəbər verir ki, sözügedən qurğu yalnız həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən istifadə üçün nəzərdə tutulub. Buffalo Universitetindən olan bir qrup mütəxəssisin üzərində işlədiyi layihənin ilkin mərhələsi sona yetib.

Kiçik ölçüdə olan nanoçip qızıl tozu ilə örtülmüş gümüş lövhədən ibarətdir. Çiplə kontakta girən müxtəlif maddələr işığın təsiri vasitəsilə operativ analiz edilərək dərhal tədqiqatçının kompüterinə göndərilir. Məsələn, nanoçipin köməyilə bir neçə gün əvvəl narkotk vasitə qəbul etmiş şəxsin qanında onun qalıqlarını aşkarlamaq mümkün olur. Qan ilə yanaşı, şəxsin tüpürcəyindən alınan nümunə ilə də narkotik vasitənin miqdarı aşkarlana bilər. Yeni cihaz sayəsində qanda narkotik maddələrin aşkarlanması üçün lazım olan uzun laboratoriya prosedurlarına, sınaqlara ehtiyac qalmır.