68 yaşlı Hollivud ulduzu 35 yaşlı qadınla evləndi FOTO


Digərləri 18 May 2018 21:40:00 240 0

68 yaşlı Hollivud ulduzu 35 yaşlı qadınla evləndi  FOTO

68 yaşlı Riçard Gir 35 yaşlı sevgilisi Aleksandra Silva ilə aprelin əvvəlində rəsmi nikaha girib.

Son.az xəbər verir ki, ötən şənbə günü isə aktyor və xanımı Nyu-York ətrafında öz dostlarını və yaxınları toplayaraq sadə toy şənliyi keçirib.

Dini mərasim buddizm qaydalarına əsasən baş tutub.

İspan jurnalı "HOLA " yeni evlənənlərdən çəkiliş üçün eksklüziv icazə alıb. Onların toy şəkilləri jurnalın üz qabığında çıxıb.

Aktyor açıqlamasında "Mən kainatdakı ən xoşbəxt adamam. Başqa cür mümkündür ki? Aleksandra - gözəl, ağıllı, ehtiraslı və şən qadındır", - deyə bildirib.


Xəbərə aid fotolar