Sənubər İskəndərli: "İndiyə kimi onun qəbrinin üstünə getməmişəm"


Kriminal 18 May 2018 21:25:00 282 0

Sənubər İskəndərli: "İndiyə kimi onun qəbrinin üstünə getməmişəm"

Əməkdar artist Sənubər İskəndərli ustadı, rejissor Hüseynağa Atakişiyevi xatırlayıb.

Son.az-a açıqlama verən aktrisa bunları bildirib.

"Mən Akademik Milli Dram Teatrını tərk edəndən sonra 8 il Gənclər Teatrında çalışmışam. Hüseynağa müəllim 8 nəfərlə teatr açmışdı. Onu özümə böyük məktəb, ustad sayırdım. O mənim həqiqətən də müəllimim idi. Mən xoşbəxtəm ki, onun kimi insanın rəhbərlik etdiyi teatrda çalışmışam. İnanırsınız, indiyə kimi onun qəbrinin üstünə getməmişəm, istəmirəm də gedim. Elə bilirəm onun qəbrini görsəm, o zaman Hüseynağa Atakişiyev mənim üçün öləcək. Çünki onun ölümünə hələ də inana bilmirəm", - deyə aktrisa bildirib.