Yük maşını qadını vuraraq öldürüb


Digərləri 18 May 2018 21:15:00 194 0

Yük maşını qadını vuraraq öldürüb

Gəncədə avtomobil piyadanı vurub öldürüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb.

"Ford" markalı yük avtomobili arxaya hərəkət edən zaman Göygöl rayon  Mollacəlilli kənd sakini, 1961-ci il təvəllüdlü Nüşabə Hüseynovanı vurub.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.