Gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti olub


Digərləri 18 May 2018 20:39:25 268 0

Gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti olub

Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti olub

Bakı. Beynəlxalq Muğam Mərkəzində Kamança hazırlanması və ifaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsinə həsr olunmuş Habil Əliyev adına gənc kamança ifaçılarının II respublika müsabiqəsinin yekun konserti keçirilib. Trend-in məlumatına görə, tədbirdə mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək dövlətimizin mədəniyyət və incəsənətə göstərdiyi qayğıdan danışıb. Bildirib ki, tədbir ölkəmizdə bu il qeyd edilən iki mühüm hadisəyə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə təsadüf edir. Dövlət qayğısının nəticəsidir ki, aşıq sənəti, muğam, tar, kamança UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, Lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında, həmçinin Çövkən – Qarabağ ənənəvi atüstü oyunu isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahsında yer alır. Qeyd edib ki, müsabiqədə məqsəd kamança ifaçılığının təbliği, respublikada kamança ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi, habelə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, məşhur kamança ifaçısı Habil Əliyevin xatirəsinin əbədiləşdirilməsidir.