Gürcüstanda ABŞın dəstəyi ilə hərbi təlim mərkəzi açıldı


Dünya 18 May 2018 20:25:00 244 0

Gürcüstanda ABŞın dəstəyi ilə hərbi təlim mərkəzi açıldı

Gürcüstanın Vaziani hərbi bazasında NATO standartlarına uyğun yaradılmış hərbi hazırlıq mərkəzinin açılış mərasimi olub.

Son.az APA-ya istinadən xəbər verir ki, mərkəzin açılması ilə Gürcüstan və ABŞ arasında 3 illik müdafiə hazırlığı proqramına start verilib. 

Mərkəzin açılış mərasimində çıxış edən Gürcüstanın müdafiə naziri Levan İzoriya bugünkü günü tarixi adlandırıb: "Gürcüstan və ABŞ arasında hərbi sahədə əməkdaşlıq keyfiyyət baxımından yeni mərhələyə keçir. İki ölkə arasında strateji tərəfdaşlıq daha da güclənir. Bu proqram çərçivəsində 9 piyada batalyonunun NATO standartlarına uyğun hazırlığı həyata keçiriləcək. Mərkəzdə hərbçilərin hazırlığında amerikalı təlimçilər iştirak edəcək".