Finlandiyada Azərbaycan mədəniyyəti təqdim olunub


Digərləri 18 May 2018 19:05:39 165 0

Finlandiyada Azərbaycan mədəniyyəti təqdim olunub

Ülviyyə Cabbarova ermənilərin də qatıldığı tərdbirdə “Sarı gəlin”i ifa edib

AzərbaycanFinlandiyanınTəhsil Nazirliyi tərəfindən keçirilənbeynəlxalq tədbirdə təmsil olunub.

"Report"un məlumatına görə,Espoo şəhərində baş tutanmərasimdə Azərbaycan,Finlandiya, Rusiya, Estoniya, Kosova, İsveç, Ermənistanvə digər ölkələrin nümayəndələrimədəniyyət nümunələrini nümayiş etdiriblər.

Tədbirdə Azərbaycanı Bakı Musiqi Akademiyasının məzunu, Finlandiya Azərbaycan-Türk Gənclər Təşkilatının sədri, Avropa Azərbaycanlıları Konqresinin üzvü Ülviyyə Cabbarova təmsil edib.

O, əvvəlcəiştirakçılara Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyibarədə məlumat verib, Azərbaycanın Şərqdə ilk demokratik respublika qurduğunu, qadınlara seçki hüququnu verdiyini diqqətə çatdırıb.

Ü.Cabbarovadaha sonra Azərbaycan musiqilərini, xüsusiləxalq mahnısı “Sarı gəlin”i ifa edib. Espoo şəhəri Təhsil Departamentinin müdiri Virpi Mattila və digər rəsmilərin qatıldığı tədbirdə Azərbaycanla bağlı təqdimat maraqla qarşılanıb.