İlin ilk 3 ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb


Digərləri 18 May 2018 18:52:00 193 0

İlin ilk 3 ayı üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

78.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Bakı. 2018-ci ilin yanvar-aprel ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 301.4 mln. manat məbləğində sığorta haqları toplanıb və 78.5 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, könüllü sığorta bazarı üzrə haqlar 220.9 mln. manat, ödənişlər isə 56.9 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 80.5 mln. manat, ödənişlər isə 21.6 mln. manat olub.