Çində leysan yağışları 8 nəfəri öldürdü


Dünya 18 May 2018 18:38:00 217 0

Çində leysan yağışları 8 nəfəri öldürdü

Çinin şimal-qərbindəki Qansu əyalətində aramsız yağışlar ciddi fəsadlara yol açıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, leysan yağışları nəticəsində azı 8 nəfərin həlak olduğu bildirilir.

Məlumata görə, 3 min hektardan çox torpaq sahəsinə ziyan dəyib. Ümumilikdə şidəttli yağıntı Dinsi və Lunnan şəhərlərində ciddi fəsadlara səbəb olub.