Rami: "Heyətdə yeri heç kimdən oğurlamamışam"


İdman 18 May 2018 18:33:00 288 0

Rami: "Heyətdə yeri heç kimdən oğurlamamışam"

Marseille-in müdafiəçisi Adil Rami Fransanın dünya çempionatı üçün iştirak ərizəsinə düşüb. Goal.az xəbər verir ki, təcrübəli futbolçu buna təəssüblənsə də, özünə inandığını qeyd edib.

"Düzdür, Kosilninin zədələnməsindən sonra heyətə düşmək şansımın artacağını düşünməyə başlamışdım. Amma adını iştirak ərizəsində görəndə şoka düşdüm. Kosilni zədələnəndə təssüf keçirdim, onu bir insan kimi bəyənirəm. Mənim hədəfim heç vaxt təslim olmamaqdır. Heyətdə yeri heç kimdən oğurlamamışam. Özümə inanıram, stabil oynayıram".