Ulduz şokolad fabriki beynəlxalq ərzaq sərgisində Azərbaycanı təmsil edib (FOTO)


Digərləri 18 May 2018 18:39:44 245 0

Ulduz şokolad fabriki beynəlxalq ərzaq sərgisində Azərbaycanı təmsil edib (FOTO)

Şokolad fabriki Çinin Şanxay şəhərində “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edib.

Bakı. Ulduz Şokolad Fabriki Çinin Şanxay şəhərində 16-18 mayda keçirilən “Sial China 2018” Beynəlxalq Ərzaq Sərgisində ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edib. Fabrikdən Trend-ə verilən məlumata görə, Azərbaycanı təmsil edən stend ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. Fabrik sözügedən beynəlxalq sərgidə ölkəmizi qənnadı sektorunda öz sözünü demiş, rəqabət qabiliyyətli keyfiyyətli yeni çeşid məhsullar ilə təmsil edir.