Van Persi: ".....Çempionlar Liqası matçlarını məşq kimi qəbul edirdim"


İdman 18 May 2018 18:14:00 293 0

Van Persi: ".....Çempionlar Liqası matçlarını məşq kimi qəbul edirdim"

Arsenal və Manchester United-in sabiq futbolçusu Robin van Persi İngiltərə Premyer Liqasının səviyyəsi barədə fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, karyerasını Feyenoord-da davam etdirən hollandiyalı hücumçu bunları deyib:

"Bir neçə ildir, ağrı keçirirəm. Yüksək səviyyəli futbol qurbansız ötüşmür. İngiltərədə keçirdiyim illər özünü göstərir. Orda elə futbol olurdu ki, Çempionlar Liqası matçlarını məşq kimi qəbul edirdim.

Premyer Liqada topu qəbul etmək üçün 2-3 metr yaranırsa, hesab et ki, bəxtin gətirib. Bolton, Swansea City, Sheffield United kimi klublarla oynamaq qeyri-mümkün idi. Futbolçular adama 1 metr boş zona vermirdilər.

Stadionunu küləkli olan Stoke City-ni yada salmaq olar. Bu komandaya qarşı matçlar ən çətinlər sırasına daxildir".