Kanadadakı Azərbaycan icması Helsinki Komissiyasının Azərbaycana qarşı dinləmələrinə etiraz edib


Digərləri 18 May 2018 17:57:06 35 0

Kanadadakı Azərbaycan icması Helsinki Komissiyasının Azərbaycana qarşı dinləmələrinə etiraz edib

Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması Helsinki Komissiyasında Azərbaycana qarşı irəli sürülən ermənipərəst dinləmələrə etirazları davam etdirir.

Bakı. Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması Helsinki Komissiyasında Azərbaycana qarşı irəli sürülən ermənipərəst dinləmələrə etirazları davam etdirir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kanadada fəaliyyət göstərən “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin (AzSam) rəhbəri, siyasi elm xadimi Aslan Xalidi dinləmələrə qarşı etiraz bəyanatında Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin, fundamental hüquq və azadlıqların qorunduğunu və mətbuat azadlığının tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb. Bəyanatda Azər­bay­canın xa­ri­ci si­ya­sət kur­sun­da dünyanın aparıcı ölkələri ilə ikitərəfli mü­na­si­bət­lə­rin qu­rul­ma­sı və in­ki­şaf et­di­ril­mə­si prio­ri­tet is­ti­qa­mət­lər­dən bi­ri­ kimi vurğulanıb. A.Xalidi Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib: “Bu gün Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir”. Məlumatda bildirilir ki, ABŞ Helsinki Komissiyasının Azərbaycana qarşı münasibəti bu günün reallıqlarına uyğun olmayan bir mövqedir. Son dövrlərdə ABŞ Konqresinin Helsinki Komissiyasının bəzi üzvlərinin erməni lobbisinin ən fəal tərəfdaşları kimi dəfələrlə Azərbaycanın əleyhinə mövqe nümayiş etdirmələrinin şahidi oluruq: "Təəssüf ki, dövlətlər arasındakı münasibətlərin sərinləşməsində müxtəlif maraqlı dairələrin təsiri altına düşmüş Helsinki Komissiyası kimi qurumlar müəyyən rol oynayır. Məhz maraqlı qüvvələrinin təsiri nəticəsində Helsinki Komissiyası demokratiya yolu ilə gedən xalqların mənafelərini müdafiə etməkdən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrilib. Bütün bunlara baxmayaraq, Azərbaycanın bundan sonra da ölkədə insan hüquqlarının təmin olunması istiqamətində səylərini davam etdirəcəyi heç kimdə şübhə doğurmur". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilir like
  • 18 May 17:56  
Dünya İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” mitinqi keçirilir

Aksiya iştirakçıları əllərində Türkiyə və Fələstin bayraqları tutub

arrow Ətraflı
Rauf Talışinskinin ölümündən sonra qəzeti bağlanır like
  • 18 May 17:55  
Digərləri Rauf Talışinskinin ölümündən sonra qəzeti bağlanır

Rus dilində dərc olunan "Exo" qəzeti öz fəaliyyətini dayandırı

arrow Ətraflı
Texasda məktəbdə ATIŞMA var like
  • 18 May 17:52  
Digərləri Texasda məktəbdə ATIŞMA var

ABŞ-ın Texas ştatında məktəbdə atışma baş verib.

arrow Ətraflı
SOFAZ ənənəvi daşınmaz əmlak növlərinə investisiyaları dayandırır like
  • 18 May 17:46  
Digərləri SOFAZ ənənəvi daşınmaz əmlak növlərinə investisiyaları dayandırır

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ofis kimi ənənəvi daşınmaz əmlak n

arrow Ətraflı
Çində leysan yağışları 8 nəfəri öldürdü like
  • 18 May 17:41  
Digərləri Çində leysan yağışları 8 nəfəri öldürdü

Çinin şimal-qərbindəki Qansu əyalətində aramsız yağışlar ciddi fəsad

arrow Ətraflı
Nazirlik vəzifəli şəxsi cərimələdi like
  • 18 May 17:41  
Digərləri Nazirlik vəzifəli şəxsi cərimələdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfind

arrow Ətraflı
İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu like
  • 18 May 17:40  
Digərləri İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu

arrow Ətraflı
Tərtər çayı üzərində yeni körpünün tikilməsinə 3 milyon manat ayrılıb like
  • 18 May 17:38  
Siyasət Tərtər çayı üzərində yeni körpünün tikilməsinə 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni

arrow Ətraflı
Nar abunəçiləri həftə sonlarında pulsuz danışır like
  • 18 May 17:37  
Digərləri Nar abunəçiləri həftə sonlarında pulsuz danışır

"Nar"-ın yeni "Pulsuz həftəsonu" kampaniyası sayəsində

arrow Ətraflı
Sabiq baş nazirin evlərindən milyardlar və çantalar çıxdı  FOTO like
  • 18 May 17:35  
Digərləri Sabiq baş nazirin evlərindən milyardlar və çantalar çıxdı FOTO

Malayziyada polis ölkənin sabiq baş naziri Nəcib Rəzzaq və xanımı Rosma

arrow Ətraflı
Tərtər çayı üzərində yeni körpü tikiləcək like
  • 18 May 17:34  
Digərləri Tərtər çayı üzərində yeni körpü tikiləcək

Prezident İlham Əliyev Bərdə şəhərində Tərtər çayı üzərində yeni

arrow Ətraflı
"Azərbaycanın hərbi potensialının artması Ermənistanı iflasa uğradıb"  FOTO like
  • 18 May 17:33  
Siyasət "Azərbaycanın hərbi potensialının artması Ermənistanı iflasa uğradıb" FOTO

Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasəti nəticəsind

arrow Ətraflı