"Bank Silk Way" World Mastercard Black Edition Miles kobrend premium kartını təqdim edir


Digərləri 18 May 2018 17:50:00 399 0

"Bank Silk Way" World Mastercard Black Edition Miles kobrend premium kartını təqdim edir

"Bank Silk Way" "AZAL" aviaşirkəti və Mastercard beynəlxalq ödəniş sistemi ilə birgə Mastercard Black Edition Miles kobrend premium kartını buraxır. Bu kart bankın hesab etibarilə 7-ci Miles kartıdır.  Sözügedən ko-brend layihəsi çərçivəsində müvafiq razılaşma "Bank Silk Way" müşahidə şurasının sədri Elçin Əhmədov, Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev və Mastercard-ın Azərbaycan üzrə nümayəndəsi Emil Zeynalov arasında imzalanmışdır.

Mastercard Black Edition Miles kartını səciyyələndirən cəhətlər parlaq dizayn, yüksək mil hesablanması, yenilikçi həllər dünyanın istənilən şəhərində mövcud xüsusi imtiyazlar kompleksidir. Bu kart ən yüksək səviyyədə rahatlığı və çoxlu səyahəti sevən insanlara ideal şəkildə uyğundur. Kartlar 2 və 3 il müddətinə buraxılır.  Müştərinin seçimindən asılı olaraq kart manat, ABŞ dolları və ya avro ilə verilə bilər.

Mastercard Black Edition Miles kartının üstünlükləri:

• Kart əldə olunarkən 400 hədiyyə balı verilir;

• Ölkənin xaricində xərclənən hər 3 AZN üçün 1 bal verilir;

• Ölkə daxilində xərclənən hər 6 AZN üçün 1 bal verilir;

• PriorityPass kartı hədiyyə verilir - dünyanın 1100-dən çox hava limanı zalına giriş imkanı;

• Dünyanın istənilən ölkəsində 24/7 rejimində MasterCard Concierge xidməti;

• Müştərilər və onların ailə üzvləri üçün 374.500 avro sığorta polisi ilə xaricə gedənlərin pulsuz sığorta proqramı;

• Dünyanın istənilən yerində Mastercard qlobal dəstək xidməti;

• Mastercard Global Airport Concierge - dünyanın 700-dən çox hava limanında;


Xəbərə aid fotolar