İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu


Digərləri 18 May 2018 17:40:00 215 0

İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günləri səyahətə çıxanlar üçün hava proqnozu

Bakı. İstirahət günlərinin hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.