"Azərbaycanın hərbi potensialının artması Ermənistanı iflasa uğradıb" FOTO


Siyasət 18 May 2018 17:33:00 78 0

"Azərbaycanın hərbi potensialının artması Ermənistanı iflasa uğradıb"  FOTO

Azərbaycan Respublikası Prezidentinin daxili və xarici siyasəti nəticəsində ölkəmizin iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb.

Bu xəbəri də oxu: Əməkdaşlıqda yeni mərhələ

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə "Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri" mövzusunda seminarda deyib. keçirilib.

Seminarda əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Döyüş və mənəvi-psixoloji hazırlıq işinin cari vəziyyəti ilə bağlı geniş təhlil aparan general-polkovnik Z.Həsənov bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir sıra digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Ordumuzun qazandığı nailiyyətləri xüsusi qeyd edən Müdafiə naziri bu uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu prosesinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü daxili və xarici siyasəti Ermənistanı bütün regional və beynəlxalq iqtisadi layihələrdən təcrid edərək xarici yardımlardan asılı vəziyyətə salıb. Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb. Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlarını verib.

Sonra seminarın mövzusu ilə əlaqədar məruzələr dinlənilib, iştirakçılar fikir mübadiləsi aparıb və mənəvi-psixoloji təminatın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.


Xəbərə aid fotolar

"Röyanın konsertində dicey olublar" like
  • 18 May 17:29  
Şou-biznes "Röyanın konsertində dicey olublar"

Müğənni Roza Zərgərli illər əvvəl birlikdə çalışdığı əkizlər S

arrow Ətraflı
Rəis 2000 manat ödədi - İstehsalat tullantılarına görə like
  • 18 May 17:23  
Digərləri Rəis 2000 manat ödədi - İstehsalat tullantılarına görə

Ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi

arrow Ətraflı
SOFAZ ənənəvi daşınmaz əmlak növlərinə investisiyaları dayandırır (ÖZƏL) like
  • 18 May 17:20  
Digərləri SOFAZ ənənəvi daşınmaz əmlak növlərinə investisiyaları dayandırır (ÖZƏL)

Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) ofis kimi ənənəvi daşınmaz əmlak n

arrow Ətraflı
Bankın 4 əməkdaşı barəsində cinayət işi açıldı like
  • 18 May 17:19  
Digərləri Bankın 4 əməkdaşı barəsində cinayət işi açıldı

"Bank Respublika" ASC-nin İmişli filialının kredit mütəxəssisi

arrow Ətraflı
Putin hökumətin yeni tərkibini təsdiqlədi like
  • 18 May 17:17  
Dünya Putin hökumətin yeni tərkibini təsdiqlədi

Rusiyada hökumətin yeni tərkibi təsdiqlənib.

arrow Ətraflı
Şəbnəm Tovuzlunun dodaq izi satıldı  FOTO like
  • 18 May 17:15  
Şou-biznes Şəbnəm Tovuzlunun dodaq izi satıldı FOTO

Müğənni Şəbnəm Tovuzlunun fincanı internet-auksionda 590 manata satılıb

arrow Ətraflı
Manatın YENİ MƏZƏNNƏSİ like
  • 18 May 17:12  
Digərləri Manatın YENİ MƏZƏNNƏSİ

Mayın 21-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
İtaliyda plastik qablardan istifadə edənlər 500 avro cərimə olunacaq like
  • 18 May 17:11  
Digərləri İtaliyda plastik qablardan istifadə edənlər 500 avro cərimə olunacaq

İtaliyanın Adriatik dənizində yerləşən Tremiti adalarında birdəfəlik p

arrow Ətraflı
Avropa Liqasının ən yaxşı gəncləri like
  • 18 May 17:11  
İdman Avropa Liqasının ən yaxşı gəncləri

UEFA Avropa Liqasında 2017/18 mövsümünün ən yaxşı gənc

arrow Ətraflı
QMİdən imsak vaxtı ilə bağlı like
  • 18 May 17:10  
Digərləri QMİdən imsak vaxtı ilə bağlı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası tərəfindən təsd

arrow Ətraflı
Mayın 21-nə manatın məzənnəsi like
  • 18 May 17:05  
Digərləri Mayın 21-nə manatın məzənnəsi

Mayın 21-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
​ 6 minlik qızıl oğurlayan şəxs saxlanıldı  VİDEO  FOTO like
  • 18 May 17:05  
Digərləri ​ 6 minlik qızıl oğurlayan şəxs saxlanıldı VİDEO FOTO

Lənkəran RPŞ əməkdaşları oğurluq faktının üstünü açıblar.

arrow Ətraflı