Bakı Şopinq Festivalında alışveriş edin, əylənin və qazanın!


Digərləri 18 May 2018 17:24:00 334 0

Bakı Şopinq Festivalında alışveriş edin, əylənin və qazanın!

Mayın 1-dən başlanan üçüncü Bakı Şopinq Festivalı sevdiyiniz məşhur brendləri 31 mayadək sərfləli qiymətlərlə əldə etmək fürsəti ilə yanaşı əylənmək və qazanmaq fürsəti verir. Festivalda iştirak edən mağazalarda  alış-veriş edib Tax Free - ƏDV-nin qismən qaytarılması imkanından yararlanan hər bir alıcı əyləncə proqramlarında  iştirak edə  bilər.

Belə ki, "Gənclik Mall" ticarət mərkəzində həftə sonları "Uğur çarxı" oyununda  xallar toplayıb hədiyyə qazana, "Park Bulvar" ticarət mərkəzində festival üçün hazırlanmış "Şopomaniya" oyununda iştirak edib həm əylənə, həm də dəyərli uduşlar əldə edə bilərsiniz. Tələsin! Mayın 31-də başa çatacaq Bakı Şopinq Festivalının sonuna cəmi 13 gün qalır.

Xatıraladaq ki, "Uğur çarxı" oyunu Gənclik Mall, "Şopomaniya" oyunu isə Park Bulvar ticarət mərkəzlərində yalnız həftə sonları 13:00-dan 20:00-a kimi keçirilir.

DİQQƏT! Festival və Şopomaniya oyunlarında  iştirak edənlər daha sonra Bakı Şopinq Festivalının Onlayn Lotereyasında da iştirak edərək Nissan Sunny avtomobili və bir-birindən dəyərli digər hədiyyələr qazana  bilərlər. Sərfəli  qiymətlərlə alış-veriş edin, maraqlı vaxt keçirib əylənin, qazanın və sevincinizə sevinc qatın!