Azərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)


Digərləri 18 May 2018 16:52:00 223 0

Azərbaycan Universitetində AXC-nin 100 illiyinə həsr olunmuş sərgi keçirilib (FOTO)

Azərbaycan Universitetində yazar və jurnalist Dilqəm Əhmədin kolleksiyasındakı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi sənəd, şəkil, məktub, kitab və digər materialların sərgisi təşkil olunub.

Bakı. Azərbaycan Universitetində yazar və jurnalist Dilqəm Əhmədin kolleksiyasındakı Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı tarixi sənəd, şəkil, məktub, kitab və digər materialların sərgisi təşkil olunub. Trrend-in məlumatına görə, tədbir Universitetin AXC auditoriyasında sərgi-mühazirə formatında keçirilib. Dilqəm Əhməd bildirib ki, materialları əsasən Türkiyənin İstanbul şəhərində toplayıb. Burada mühacirlərin həyatda olan yaxınları və övladları ilə görüşmək imkanı əldə edərək onların şəxsi arxivlərində olan sənədləri əldə edib: “İstanbul Azərbaycan siyasi mühacirlərinin ən çox axın etdiyi və yaşadığı şəhər idi. Buna görə də burada AXC dövrünə aid daha çox material əldə etmək mümkün oldu. Görüşdüyüm mühacir övladlarından biri bu yaxınlarda Prezident tərəfindən “Dostluq” ordeni ilə təltif olunan Əli bəy Hüseynzadənin qızı Feyzavər xanımdır”.