Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub


Siyasət 18 May 2018 16:46:00 224 0

Azərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub

Mayın 18-də Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığa dair aktual məsələləri müzakirə edib, bundan əvvəl əldə olunmuş razılaşmaların praktiki şəkildə həyata keçirilməsi və ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.