Ronaldo dünya çempionatına qədər bu məsələni həll etməyə çalışır


İdman 18 May 2018 16:19:00 246 0

Ronaldo dünya çempionatına qədər bu məsələni həll etməyə çalışır

Real və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatına kimi vergidən yayınması ilə əlaqədar açılan işləri həll etmək niyyətindədir. Goal.az xəbər verir ki, ulduz futbolçu 14 milyon avro cərimə ödəməyə hazırdır. O, vəkili vasitəsilə məhkəməyə göndərdiyi məktubda vergi qanunvericiliyinin 4 bəndini pozduğunu etiraf edib.

Ronaldo ilk dəfə 2017-ci il 31 iyulda məhkəmədə ifadə vermişdi. Dövlət ittihamçısı onun 14.8 milyon avro cərimə ödəməsini tələb etmişdi. Vergi orqanları isə hesab edir ki, ödəniş 25.7 milyon avro olmalıdır. Hücumçu, ilk öncə 3.8 milyon avro ödəməyi təklif etsə də, rədd cavabı almışdı.