"Qaçqınkom"un daha bir şöbə müdiri işdən çıxarılıb


Siyasət 18 May 2018 15:47:45 396 0

"Qaçqınkom"un daha bir şöbə müdiri işdən çıxarılıb

Yeni təyinat olub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom")daha bir şöbə müdiri işdən çıxarılıb.

“Report” xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Rövşən Rzayev əmrimzalayıb.

Əmrə əsasən, qurumun Xüsusi işlər və təsərrüfat şöbəsinin müdiri Anar Qüdrətov vəzifədən azad olunub.

Digər əmrlə Ağalar Əliyev həmin şöbənin müdiri təyin edilib.

Qeyd edək ki,"Qaçqınkom"da bundan əvvəl daha bir neçə şöbə müdiri işdənazad edilib.