Bu şəxslərə 42 gün məzuniyyət veriləcək


Digərləri 18 May 2018 15:40:00 219 0

Bu şəxslərə 42 gün məzuniyyət veriləcək

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunub.

Son.az Trend-ə istinadən xəbər verir ki, qanun layihəsində bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunub.

Dəyişikliyə əsasən, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.