Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb


Digərləri 18 May 2018 15:48:02 54 0

Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb

Uşaqlar arasında ən çox rast gəlinən xəstəliklər açıqlanıb.

Bakı. İlhamə İsabalayeva – Azərbaycanda əhali, xüsusilə 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərindən əziyyət çəkənlərin sayı çoxalıb. Trend-in məlumatına görə, ölkədə son 6 il ərzində 13 yaşadək uşaqlar arasında göz və gözün əlavə aparatının xəstəliklərinin sayı 1,5 dəfə artıb. 2010-ci ildə 13 yaşadək uşaqlar arasında bu xəstəlikdən əziyyət çəkənlərin sayı 17636 nəfər, 2015-ci ildə 24530 nəfər, 2016-cı ildə 26129 nəfər olub. 2010-cu ildə 13 yaşadək hər 10 000 nəfər uşağın 94,1 nəfəri, 2015-ci ildə 120,1 nəfəri, 2016-cı ildə 125,8 nəfəri bu xəstəlikdən əziyyət çəkib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi təşkilati bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva da Trend-ə bildirib ki, əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemə indi azyaşlı uşaqlarda da rast gəlinir. Onun sözlərinə görə, son 10 ildə 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikada iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub. Y.Abdiyevanın sözlərinə görə, əvvəllər tədqiqatçılar bunun əsas səbəbini uşaqların kompüter, telefon ekranına çox baxmaqlarında görürdülər. Ən son tədqiqatların nəticəsi isə onu göstərir ki, əsas səbəb uşaqların qapalı məkanlarda çox vaxt keçirməklə gözlərini təbii gün işığından məhrum etmələridir. Bunun da nəticəsində göz lazımi qida və vitamini almamış olur. Y.Abdiyeva deyib ki, uşaqların gün ərzində dərs oxuması üçün yaxın məsafəyə çox baxması, dərsdən sonra televizor, kompüter, telefonlarla çox vaxt keçirməsi də gözlərdə problemin yaranmasına səbəb olur. Çünki yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına, nəticədə isə görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Mütəxəssis hesab edir ki, uşaqlarda göz problemlərinin olmaması üçün onların idmanla məşğul olmasına, açıq havada olmasına şərait yaradılmalı, onların düzgün qidalanmasına diqqət yetirilməlidir. Y.Abdiyeva bildirib ki, məktəbəqədər dövrdə uşaqlar yaxıngörməyə səbəb olan kitab oxuma, məktəb tapşırıqlarına hazırlaşma kimi işlərlə məşğul olmadıqlarına görə onlarda gözün yüklənməsi daha az olur. Uşaq məktəbə getməyə başladığı zaman isə adətən, gözdəki proseslər mənfiliyə doğru dəyişməyə başlayır. Həkim hesab edir ki, gündəlik altı-səkkiz saat dərslərlə məşğul olan məktəblidə görmə zəifliyinin əmələgəlmə riskini kompüter də bir yandan ciddi şəkildə artırır.
Bu şəxslərə 42 gün məzuniyyət veriləcək like
  • 18 May 15:40  
Digərləri Bu şəxslərə 42 gün məzuniyyət veriləcək

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikl

arrow Ətraflı
Leps yıxıldı, qabırğalarını sındırdı - Xəstəxanaya yerləşdirilib like
  • 18 May 15:34  
Digərləri Leps yıxıldı, qabırğalarını sındırdı - Xəstəxanaya yerləşdirilib

Rusiyanın əməkdar artisti, müğənni Qriqori Leps xəstəxanaya yerləşdiri

arrow Ətraflı
Baku Summer Jazz Days təqdim olunacaq like
  • 18 May 15:30  
Digərləri Baku Summer Jazz Days təqdim olunacaq

Beynəlxalq Muğam Mərkəzində 4-8 iyun tarixində Premier Art Management pro

arrow Ətraflı
Paytaxtda Həsən Əliyev küçəsində yolun çökmə səbəbi açıqlandı like
  • 18 May 15:25  
Digərləri Paytaxtda Həsən Əliyev küçəsində yolun çökmə səbəbi açıqlandı

Paytaxtın Həsən Əliyev küçəsinin Mərdanov qardaşları ilə kəsişməsi

arrow Ətraflı
Hikmət Hacıyev: "Azərbaycan Rusiya XİNə etirazını çatdıracaq" like
  • 18 May 15:25  
Siyasət Hikmət Hacıyev: "Azərbaycan Rusiya XİNə etirazını çatdıracaq"

"Sputnik-Abxazia" saytı Abxaziya prezidenti kimi özünü təqdim ed

arrow Ətraflı
Qadın millimiz Ukrayna voleybolçularını qəbul edəcək like
  • 18 May 15:22  
İdman Qadın millimiz Ukrayna voleybolçularını qəbul edəcək

Sabah qadın voleybolçuların Qızıl Avropa liqasının oyunları başla

arrow Ətraflı
Gülnarə Xəlilova Qazaxıstanda gənc dizaynerlərin işini qiymətləndirdi  like
  • 18 May 15:21  
Digərləri Gülnarə Xəlilova Qazaxıstanda gənc dizaynerlərin işini qiymətləndirdi

Azərbaycan Milli Geyim Mərkəzinin və Gulnara Khalilova Moda Evinin rəhbəri

arrow Ətraflı
"A-Qroup"dan xaricdə müalicə like
  • 18 May 15:20  
Digərləri "A-Qroup"dan xaricdə müalicə

A-Qroup sığorta şirkəti öz sığorta xidmətlərini yalnız Azərbaycanın

arrow Ətraflı
Paytaxt məktəbliləri arasında keçirilən müsabiqənin qalibləri bəlli olub like
  • 18 May 15:17  
Digərləri Paytaxt məktəbliləri arasında keçirilən müsabiqənin qalibləri bəlli olub

Paytaxt məktəblərinin şagirdləri arasında keçirilən “Müstəqilliyimiz

arrow Ətraflı
Sabiq baş nazirin elit mənzilində qızılla dolu 280 qutu tapıldı like
  • 18 May 15:15  
Digərləri Sabiq baş nazirin elit mənzilində qızılla dolu 280 qutu tapıldı

Malayziya polisi ölkənin sabiq baş naziri Nəcib Razakuya məxsus mənzillər

arrow Ətraflı
Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi like
  • 18 May 15:12  
Digərləri Uşaqların 1 yaşından bağçaya verilməsi rəsmiləşdi

Milli Məclisdə "Təhsil haqqında" qanuna dəyişiklik müzakirə ol

arrow Ətraflı