"A-Qroup"dan xaricdə müalicə


Digərləri 18 May 2018 15:20:00 330 0

"A-Qroup"dan xaricdə müalicə

A-Qroup sığorta şirkəti öz sığorta xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, eləcə də onun hüdudları xaricindəki ən qabaqcıl tibb müəssisələrində təqdim edir.

Bakı. A-Qroup sığorta şirkəti öz sığorta xidmətlərini yalnız Azərbaycanın ən yaxşı klinikalarında deyil, eləcə də onun hüdudları xaricindəki ən qabaqcıl tibb müəssisələrində təqdim edir. Şirkətdən Trend-ə verilən məlumata görə, təkcə 2018-ci ilin ilk 4 ayı ərzində A-Qroup sığorta şirkəti 13 nəfər sığortalının xaricdə müalicəsini təşkil edib və müalicə xərclərini ödəyib. Sığorta ödənişləri cərrahi müdaxilələr, tibbi müayinələr, həmçinin onkoloji xəstəliklərin müalicəsinə görə verilib.