Uşaq tərbiyə müəssisələrinin bu işçilərinə də 42 gün məzuniyyət veriləcək


Digərləri 18 May 2018 14:46:00 272 0

Uşaq tərbiyə müəssisələrinin bu işçilərinə də 42 gün məzuniyyət veriləcək

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunub.

Bakı. Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə dəyişiklik müzakirə olunub. Trend-in məlumatına görə, qanun layihəsində bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.