Arsenal-ın futbolçusu Sautqeytin qərarından narazıdır


İdman 18 May 2018 14:39:00 465 0

Arsenal-ın futbolçusu Sautqeytin qərarından narazıdır

İngiltərə millisinin 2018-ci il dünya çempionatı üçün heyətində Arsenal-ın futbolçusu Cek Uilşir yer almayıb. Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi bununla bağlı etirazını tvitter səhifəsində bildirib.

"Dünya çempionatının iştirak ərizəsinə düşmədiyim üçün çox təəccübləndim. Çünki bütün mövsüm sağlam və güclü idim. Hesab edirəm ki, heyətə düşməliydim. Mənə şans verilsəydi, oyuna real təsir göstərə bilərdim. Hər halda, baş məşqçinin qərarına hörmət etməliyəm və komandaya qarşıdakı turnirdə uğurlar arzulayıram. Həmişə millinin azarkeşi olacam və bütün İngiltərə kimi yoldaşlarımı dəstəkləyəcəm" - Uilşir yazıb.