Təhsil naziri rektorlara tapşırıqlar verdi


Digərləri 18 May 2018 14:28:54 287 0

Təhsil naziri rektorlara tapşırıqlar verdi

Təhsil naziri Ceyhun Bayramov ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili üçün təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlarını verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, C.Bayramov bununla bağlı əmr imzalayıb.

Əmrim imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.