Müğənni Zaura yazdığı mesaja görə utandı


Digərləri 18 May 2018 14:00:00 300 0

Müğənni Zaura yazdığı mesaja görə utandı

Dünən "5/5"-də Zaur Kamalın qonağı çoxdandır efirlərdə görünməyən Vüsal Əliyev olub.

Son.az xəbər verir ki, aparıcı qonağının illər öncə ona yazdığı mesajı xatırladıb:

"Bir az sərt yazmışdın. İstədim cavab qaytaram, dedim yox, nə vaxtsa görüşəcəyik".

Zaur Vüsalın bir çox kişi həmkarlarından fərqləndiyini də efirdə etiraf edib:

"O birilərdən çox fərqlisən. Həya var səndə, abır var səndə".