Anortosis-dən Araz Abdullayev açıqlaması


İdman 18 May 2018 14:02:00 248 0

Anortosis-dən Araz Abdullayev açıqlaması

Anorthosis Araz Abdullayevin bu klubdan ayrılmasını rəsmən açıqlayıb.

Goal.az xəbər verir ki, Famaqusta təmsilçisi millimizin yarımmüdafiəçisi Araz Abdullayevlə yollarını ayırdığını bəyan edib. Araz müqavilə ilə məxsus olduğu Qəbələ-yə qayıdıb.

Futbolçumuzla birlikdə, onun kimi Anorthosis-də icarədə olan hücumçu Nikolas Matteunun da ayrılığı açıqlanıb. O, PAOK-a qayıdıb.

Xatırladaq ki, müqavilə ilə Qəbələ-yə məxsus olan 26 yaşlı futbolçu mövsümün əvvəlində Anorthosis-ə icarəyə verilmişdi. Araz cari mövsümdə şans qazandığı 34 oyunda 3 qola imza atıb.