Galatasaray ilk yay transferini həyata keçirdi


İdman 18 May 2018 13:41:00 277 0

Galatasaray ilk yay transferini həyata keçirdi

Galatasaray klubu Eskişehirspor komandasının futbolçusu Dorukhan Toközü transfer edib.

Goal.az-ın verdiyi məlumata görə, İstanbul təmsilçisi 22 yaşlı futbolçu ilə razılıq əldə edib. 

Eskişehirspor bu transferdən 1 milyon TL qazanacaq. Dorukhan isə Galatasaray'ın ilk yay transferi olacaq. 

Qeyd edək ki, Dorukhan Toköz bu mövsüm Eskişehirspor forması ilə 32 oyuna çıxıb və 2 qola imza atıb. O, həmçinin 21 yaşadək futbolçulardan ibarət Türkiyə millisinin heyətində Azərbaycan yığmasına qarşı forma geyinib.