Rabitəçilər 7 min manatlıq telefon kabelini oğurlayıb onqat ucuzuna satıblar


Kriminal 18 May 2018 13:23:00 320 0

Rabitəçilər 7 min manatlıq telefon kabelini oğurlayıb onqat ucuzuna satıblar

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində Xəzər rayonu ərazisində rabitə kabelərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, mayın 10-da  "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyəti Cəmiyyəti Xəzər Telefon Qovşağına məxsus 250 m uzunluğunda kabel xəttinin oğurlanması barədə rayon polis idarəsinə məlumat daxil olub. Hadisə nəticəsində MMC-yə ümumilikdə 6931 manat maddi ziyan dəyib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri İlham Rzayev və Anar Rəsuloğlu saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər oğurladıqları kabelləri mis halında 670 manata əlvan metal qəbulu məntəqələrinə satıblar. Qeyd edək ki, A.Rəsuloğlu və İ.Rzayev rabitə işçiləridir. Bu səbəbdən onlar rabitə kabellərinin keçdiyi ərazi haqqında məlumatlı olublar.


Xəbərə aid fotolar