“Quska”dan ilk açıqlama gəldi “İttihamları qəbul etmirəm…”


Digərləri 18 May 2018 13:24:00 227 0

“Quska”dan ilk açıqlama gəldi  “İttihamları qəbul etmirəm…”

Ötən ay Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, biznesmen Hüseyn Abdullayev vəkilləri vasitəsiylə ilk müraciətini yayıb.

Son.az xəbər verir ki, vəkillər Ruhid Əkbərovla Fərid Həsənov qafqazinfo-ya müraciətin mətnini göndəriblər.

Həmin açıqlamada "Quska" ləqəbli iş adamı hər şeydən əvvəl ağır günlərində ona dəstək olanlara təşəkkür edib:

"Bugünlərdə vəkillərimin verdiyi məlumata görə, bəzi saytlarda mənimlə bağlı absurd, həqiqətə uyğun olmayan xəbərlər dərc edilib. Qısaca onu qeyd edirəm ki, məni tanıyan və xasiyyətimə bələd olan insanlar gözəl bilirlər ki, Hüseyn Abdullayev ömür boyu mərd-mərdanə yaşayıb. Öz xalqına, millətinə xidmət göstərmiş və heç kimin qarşısında əyilməyib, sınmayıb. Mənə qarşı irəli sürülən bütün ittihamları uydurma və əsassız olduğundan rədd edirəm, qəbul etmirəm. Bununla bağlı bir həftə aclıq aksiyası keçirmişəm. Hazırda səhhətim və sağlamlığım normaldır. Normal qidalanıram. Mənə qarşı irəli sürülən ittihamlarla bağlı özümü müdafiə etmək üçün bütün qanuni vasitələrdən istifadə edəcəm.