Binəqədidə işə düzəltmək adı ilə 17 min manat mənimsəyən şəxs saxlanılıb


Digərləri 18 May 2018 13:22:04 195 0

Binəqədidə işə düzəltmək adı ilə 17 min manat mənimsəyən şəxs saxlanılıb

Binəqədidə işə düzəltmək adı ilə 17 min manat mənimsəyən şəxs saxlanılıb.

Bakı. Mayın 14-də Bakı şəhər sakinləri olan 4 nəfər Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17.000 manat pullarının alındığını bildiriblər. DİN-dən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib.