Fransa millisinin heyəti açıqlandı, Deşam qərarını aydınlaşdırdı


İdman 18 May 2018 13:19:00 267 0

Fransa millisinin heyəti açıqlandı, Deşam qərarını aydınlaşdırdı

Fransa millisinin baş məşqçisi Didye Deşam 2018-ci il dünya çempionatı üçün komandanın yekun heyətini açıqlayıb. Goal.az xəbər verir ki, siyahıda Marsial, Dimitri Payet və Lakazett kimi futbolçular yer almayıb.

Qapıçılar: Alfons Areola (PSG), Uqo Lyoris (Tottenham), Stiv Mandanda (Marseille)

Müdafiəçilər: Lukas Ernandes (Atletico), Presnel Kimpembe (PSG), Benjamen Mendi (Manchester City), Cibril Sidibe (Monaco), Adil Rami (Marseille), Benjamen Pavar (Stuttgart), Samuel Umtiti (Barcelona), Rafael Varan (Real)

Yarımmüdafiəçilər: Blez Matuidi (Juventus), Pol Poqba (Manchester United), Nqolo Kante (Chelsea), Korenten Tolisso (Bayern Munchen), Stiven Nzonzi (Sevilla)

Hücumçular: Olivye Jiru (Chelsea), Antuan Qrizmann (Atetico), Usman Dembele (Barcelona), Toma Lemar (Monaco), Kilian Mbappe (PSG), Florian Toven (Marseille), Nabil Fekir (Lyon)

Baş məşqçi Deşam bəzi futbolçulara dəvət göndərməməsini yerli mətbuata açıqlamasında aydınlaşdırmağa çalışıb.

"Marsial və Lakazett 2017-ci ilin noyabrında Almaniyaya qarşı yoldaşlıq matçında yaxşı oynamışdı. Qalan oyunlarda isə kifayət qədər özlərini göstərə bilmədilər. Bu futbolçulardan konkret vəziyyətlərdə necə istifadə edə biləcəyimizi və onların millidə hansı rol yerinə yetirəcəyini dərin təhlil etdik. Jiru, Qrizmann, Fekir və Mbappenin hücumun mərkəzində oynaya biləcəyinə inanıram. Kilian və Antuan başqa mövqelərdə də çıxış etməyi bacarır" - Deşam qeyd edib.