Mağazada işçilərin başına butulka çırpıb pul tələb edən şəxs tutuldu


Kriminal 18 May 2018 12:55:00 277 0

Mağazada işçilərin başına butulka çırpıb pul tələb edən şəxs tutuldu

Bir ay əvvəl quldurluq edən şəxs həbs edilib.

Aprelin 22-də Şirvan Şəhər Polis Şöbəsinə həmin gün saat 19 radələrində T.İsmayılov küçəsində yerləşən marketlərin birində naməlum şəxsin 2 işçinin baş nahiyəsinə şüşə qabla xəsarət yetirib pul verməsini tələb etməsi, səs-küy yarandığından istəyinə nail ola bilməyərək aradan çıxdığı barədə müraciət daxil olub.

DİN-dən Son.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və qısa müddətdə cinayətin şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Şirinov tərəfindən törədilməsi müəyyən edilib.