Erməni hərbçi ögey atasını amansızlıqla qətlə yetirib


Dünya 18 May 2018 12:51:31 254 0

Erməni hərbçi ögey atasını amansızlıqla qətlə yetirib

O, ögey atasına qumbara atıb partlatdıqdan sonra onu tövlədə balta ilə doğrayıb

Ermənistan ordusunun hərbçisi, 20 yaşlı Andrey Xalilyan ögey atası, 60 yaşlı Gevorq Matosyanı amansızlıqla qətlə yetirib.

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, o, mayın 18-də şübhəli şəxs qismində polis şöbəsinə aparılıb.

Məlumata görə, A.Xalilyan müddətsiz hərbi xidmət qulluqçusudur. Onun qətli apreldə məzuniyyətdə olarkən törətdiyi ehtimal edilir.

Xəbərdə qeyd olunub ki, A.Xalilyan ögey atasına qumbara atıb partlatdıqdan sonra onu tövlədə balta ilə doğrayıb.