Azərbaycanda duzsuzlaşdıran dəniz suyu harada istifadə olunur?


Digərləri 18 May 2018 13:00:00 241 0

Azərbaycanda duzsuzlaşdıran dəniz suyu harada istifadə olunur?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzsuzlaşdırılması zavodu sutkalıq 2000 kubmetr təmiz su istehsal etmək gücünə malikdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə şöbəsinin müdiri Rasim Səttar-zadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bütün dünyada təmiz suya ehtiyac çoxalmaqdadır: "Azərbaycanda şirin su ehtiyatları az olsa da, bu, su qıtlığının yaranması demək deyil. Ölkədə gələcəkdə su mənbələrinin tədqiqi məqsədilə müasir, dəniz suyunun duzsuzlaşdırılması zavodu tikilib".