Azərbaycanda BU SƏNƏDLƏR üçün yeni rüsumlar tətbiq edilə bilər


Digərləri 18 May 2018 12:15:00 216 0

Azərbaycanda BU SƏNƏDLƏR üçün yeni rüsumlar tətbiq edilə bilər

Azərbaycanda baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün yeni rüsumlar tətbiq edilə bilər.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi təklif olunur.

Qanun layihəsinə əsasən, qida təhlükəsizliyi sertifikatının verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu müəyyən edilir. Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması üçün qida təhlükəsizliyi qeydiyyatının xüsusiyyətlərindən asılı olaraq 150 manat (ilk dəfə reyestrə daxil edilməyə görə), 50 manat (reyestr məlumatlarında dəyişikliklərin qeydiyyatına görə) və 10 manat (reyestrdən çıxarışın surətinin verilməsinə görə) rüsum müəyyən edilir.